Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa və Ədalət Partiyasının sədri İlyas İsmayılov Biləsuvar rayonuna səfər ediblər. BAXCP-nin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, partiya rəhbərləri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailə üzvləri ilə görüşüblər və şəhid gizirin doğmalarına başsağlığı veriblər.