MBASK Sığorta Şirkəti BMW X5 avtomobilinin Sığortaçısına 9 400 AZN məbləğində iri sığorta ödənişi həyata keçirib. Cari ilin əvvəlindən MBASK Sığorta Şirkəti öz müştərilərinə 1 796 980 AZN-dən artıq məbləğdə ödəniş həyata keçirib. Bunlardan 1 228 949 AZN-dən çoxu (68%) avtonəqliyyat vasitələrinin sığorta olunması üzrə polislərin ödənilməsinin payına düşür. Qeyd etmək lazımdır ki, ?Client Sare? xidmətinin həyata keçirilməsi çərçivəsində MBASK şirkəti sənədlərin toplanması şərtlərini və sığorta ödənişlərinin həyata keçirilməsi prosesini əhəmiyyətli dərəcədə yüngülləşdirib.