Parabank 500 min manata qədər vəsaitin sahibkarlara verilməsini planlazdırır
30 Iyun 2010-cu il tarixində Masallı rayonunda, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən növbəti tədbir keçirilib. Tədbirdə Parabankın Xəzinədarlıq Departamentinin direktoru E.Ağayev iştrak edib.
E.Ağayev tərəfindən verilən məlumata əsasən, ümumilikdə tədbirdə 8 sahibkarın investisiya layihəsi maliyyələşdirilmişdir. Bunlardan ət və süd məhsullarının istehsalı, plastik qapı və pəncərə, mebel istehsalı yönümlü investisiya layihələri üstünlük təşkil etmişdir. Ümumilikdə, Masallıda keçirilən tədbirdə sahibkarlara bütün bu investisiya layihələrini həyata keçirmək üçün Parabank 85 min manat məbləğində vəsait ayırıb.
Növbəti aylarda Yardımlı, Gədəbəy, Qusarda keçiriləcək bu cür tədbirlərdə ümumilikdə 500 min manata qədər vəsaitin sahibkarlara verilməsi planlaşdırılır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19