Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəyə işgüzar səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, səfərdə məqsəd cari ilin 4-7 avqust tarixlərində Türkiyə Respublikasının Bodrum şəhərində keçiriləcək türkdilli dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etməkdir.