Qazaxıstanlı iş adamı Bakıda qəflətən ölüb.

Mia.az apa-ya istinadən xəbər verir ki, "Bakı Taxıl Terminalı” MMC-nin idarə heyətinin sədr müavini Rafi Kubeysinov Yasamal rayonu ərazisindəki evində hamam otağında qəfil dünyasını dəyişib. Onun yüksək təzyiqdən öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.