Müsavat Partiyası prokurorluğa zikayət edəcək
Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, iclasda iyulun 31-də müxalifət partiyalarının birgə keçirdiyi mitinqin nəticələri müzakirə edilib.
Partiya rəhbərliyi aksiya iştirakçılarına qarşı polisin zor tətbiq etməsi, onların avtobuslarla Qobustana aparılması barədə prokurorluğa şikayət ərizəsi ilə müraciət etmək barədə qərar qəbul edib. Müxalifətin aksiyalarının davam etməsi üçün həm partiya daxilində, həm də digər partiyalarla müzakirələrin davam etdirilməsi nəzərdə tutulub.
İclasda parlament seçkilərinə hazırlıq məsələsi müzakirə edilib, bununla əlaqədar AXCP və DUİ ilə məsləhətləşmələrin davam etdirilməsi zəruri hesab olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51