Türkiyə ordusu Suriyanın şimalındakı Kobani kantonuna daxil olub.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı kürdlərin "Fırat” agentliyi yayıb.
Agentlik ordunun öz qüvvələrini Bobene və Sifteke kəndlərində yerləşdirildiyini bildirib.
Ordunun dünən yerli vaxtla 21:30-da hərəkətə keçdiyi vurğulanıb. Hələlik Türkiyə Silahlı Qüvvələri yayılan xəbərləri təsdiq etməyib.