MSK məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirəcək
Mərkəzi Seçki Komissiyası məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirəcək. Bu barədə MSK-dan məlumat verilib. Məlumatda bildirilir ki, treninqlərin məqsədi parlament seçkiləri ərəfəsində aşağı seçki komissiyalarının üzvlərinin təcrübəsini artırmaq, Seçki Məcəlləsinə edilmiş dəyişiklərin və MSK tərəfindən qəbul olunmuş seçki sənədlərinin geniş izahını verməkdir.
Tədbirin parlament seçkilərinə rəsmi start verilənə qədər reallaşdırılması nəzərdə tutulur. Xatırladaq ki, ötən ay MSK ilə Avropa Şurasının dairə seçki komissiyalarının üzvləri üçün keçirdiyi treninq-seminarlar başa çatıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51