DUi sel və dazqın bölgəsində yol verilən korrupsiya və yeyinti hallarına son qoymağı tələb edib
Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentltiyinin xəbərinə görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib.
DUİ Sədrlər Şurası 31 iyul 2010-cu il tarixli mitinqin baş tutduğunu, hakimiyyətin aksiyanı vəhşicəsinə dağıtmasını pisləyir, həbs olunanların o cümlədən KXCP fəalı Fikrət Cəfərovun təcili azadlığa buraxılmasını tələb etdiyini bəyan edib, aksiyada iştirak edən DUİ üzvlərinə təşəkkür elan edib.
DUİ Sədrlər Şurası qurumun parlament seçkilərinə hazırlığının gedişini müzakirə edərək Seçki Qərargahına müvafiq tapşırıqlar verib. DUİ Sədrlər Şurası sel və daşqınların nəticəsində zərər çəkmiş ölkə vətəndaşlarına münasibətdə yol verilən korrupsiya və yeyinti hallarını kəskin şəkildə pisləyib və hakimiyyəti belə hallara son qoymağa çağırıb.
DUİ Sədrlər Şurası Azərbaycan hakimiyyətinin Türkiyə ilə viza rejimini aradan qaldırmamasını milli maraqlara zidd addım kimi dəyərləndirib və təcili şəkildə bu səhv siyasəti dayandırmağı tələb edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51