Müxalifətin etiraz aksiyası keçirildi, 100-ə yaxın etirazçı saxlanıldı (yenilənib)
Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat və DUİ-nin birgə etiraz aksiyası başlayıb. Müxalıfətçilər əvvəlcədən şəhərin müxtəlif məkanlarını mitinq yeri kimi elan etsələr də, aksiya Fəvvarələr bağında başlayıb.
AXCP fəalları "Nərgiz" Ticarət Mərkəzinin qarşısında "Azadlıq", "Azad seçki" şüarları səsləndiriblər. Amma polis dərhal müdaxilə edərək aksiyaçıları saxlayıb.
Müsavatçılar isə Arif Hacılının rəhbərliyi aksiyaya başlayıblar. Əks tərəfdən "hücum"a keçən müsavatçıları da polis "qarşılayıb". Polisin müdaxiləsi zamanı Arif Hacılı, Şakir Abdulla və Tural Abbaslı saxlanılıb.
Müxalifətin aksiyası başa çatdı. AXCP sədrinin köməkçisi Faiq Əmirov 45, Müsavat başqanının müavini Mehman Cavadoğlu isə 70-ə yaxın adamın saxlandığını bildirir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51