Böyük Quruluş Partiyası (BQP) parlament seçkilərinə hazırlıq işlərini bşa çatdırmaq üzrədir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə BQP Ali Mclisinin sədri Əjdər Əliyev məlumat verib. Onun sözlərinə görə, seçki dairələri üzrə namizədlərin müəyyənləşməsi proses artıq başa çatdırılıb: ?Demək olar ki, ölkənin seçkidairələrinin yarısından çoxunda BQP-nin namizədləri var. Namizədlər arasında partiyanın ali orqanları, Ali Məclisin, Siyasi Qurulun üzvləri ilə yanaşı, yerli təşkilatların nümayəndələri, qabaqcıl ziyalılar da var. Lakin bu yaxınlarda keçiriləcəkAli Məclisin iclasında partiya adından kimlərin namizədliyinin irəli sürüləcəyi ilə bağlı son qərar veriləcək?. BQP yetkilisi partiyanın müəyyən seçki blokunda iştirak ehtimalının gerçəkləşəcəyi təqdirdə həmin blokda təmsil olunan digər partiyalarla uzlaşmaya gedə biləcəklərini açıqlayıb. Onun fikrincə, namizədlərinin bir qismini təmsil olunacaqları blokdakı digər partiyalara güzəştə gedə bilərlər.