AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bu səhər polis tərəfindən saxlanıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə AXCP fəalları verib. Verilən məlumata görə, F.Qəhrəmanlı avtobusa minərkən saxlanıb. AXCP yetkilisinin hansı polis bölməsinə aparıldığı məlum deyil. Qeyd edək ki, bu gün AXCP, Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq aksiya keçirməyi planlaşdırır.