Bakıda Dünya Azərbaycanlı Gənclərinin Konqresinin keçirilməsi nəzərdə tutulur. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki, tədbirin bu ilin payız aylarında keçirilməsi planlaşdırılır. Konqresin keçirilməsində məqsəd xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə fəal şəkildə cəlb etməkdir.