Gəncədə qadınların seçkidə fəallıq səviyyəsi artırılacaq
?ELS? Müstəqil Araşdırmalar Mərkəzi gələn aydan etibarən Gəncədə qadınların seçici fəallığının artırılmasında beynəlxalq təcrübənin tətbiqi layihəsinə start verəcək. Layihənin rəhbəri İradə Yaqubovanın sözlərinə görə, bu işdə onlara ABŞ-ın Qadın Seçicilər Liqası və bir sıra beynəlxalq qurumlar köməklik göstərəcək.
Layihənin məqsədi qadınların ictimai və siyasi həyatda irəli çəkilməsi, regionlarda parlament seçkisi ərəfəsində seçkilərlə bağlı seçmək və seçilmək hüquqları, qadınların qərar qəbuletmə prosesində iştirakı məsələlərini gündəmə gətirməkdir.
Bələdiyyə seçksində qadınların iştirakının 26,1 faiz, parlament sekçisində isə namizədlərin ümumi sayının 10,3 faiz olması müsbət irəliləyişlər olsa da, qənatəbəxş deyil. Ona görə də, layihə çərçivəsində bu göstəricinin artırılması əsas hədəflərdəndir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51