05.07. 2010 tarixində Parabank ASC ən rahat, əlverişli xidmət təklif edən Priority Pass şırkəti ilə müqavilə imzaladı. 1992-ci ildən bu günə dunyanın ən iri hava limanlarının Vip zallarına buraxılış hüququ verən bu proqram Parabankın müştərilərin istifadəsinə veriləcək. Priority Pass dünyada 100 ölkənin 300-dən çox şəhərində yerləşən 600 hava limanının müxtəlif VİP zallarında qəbul olunur və uçuş növündən asılı olmayaraq sahibinə bu zallara daxil olma imkanı yaradır. ?Priority Pass?-ın üstünlükləri VİP qonaq və konfrans zalları, duş kabinaları, namaz otaqları, pulsuz yeməklər və içkilərlə təmin edilməsindən ibarətdir. Və həmçinin sakitçilik və rahatlıq- uçuşdan qabaq istirahət imkanı yaradır. Parabank respublikanın stabil və qabaqcıl banklarından biridir, və bu əməkdaşlıq Parabankın mövcud və potensial müştərilərinə təklif edilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə imzalanmışdır.