Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Belarusiyada həbs edilərək Azərbaycana ekstradisiya edilən, dövlət sərhədini qanunsuz pozmaqda təqsirləndirilən bloqer Alenksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Əlövsət Abbasovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə A.Lapşin 3 il müddətinə azadlıqdan məhrum edilib.