?Mədəniyyət haqqında? qanuna dəyişiklərin edilməsi məsələsinin Milli Məclisin ötən yaz sessiyasının müzakirəsinə çıxarılmamasının səbəbi bu sənəd üzərində işlərin hələ yekunlaşmaması ilə bağlıdır. Bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib. N.Cəfərov bildirib ki, hazırda parlamentin və Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri tərəfindən bu qanun üzərində iş aparılır. Komitə sədrinin sözlərinə görə, sənəddə mədəniyyət sahəsində hazırki durum, inkişaf və beynəlxalq inteqrasiya məsələləri əksini tapacaq. N.Cəfərov qeyd edib ki, hazırki reallıqlar bu qanunda öz əksini tapmalıdır. O, sənədin növbəti sessiyanın müzakirəyə çıxarılmasını istisna etməyib.