ATƏT-in Minsk qrupunun həmsədrləri sentyabrda regiona səfər edəcəklər
ATƏT-in Minsk qrupunun həmsədrləri səfir İqor Popov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradke (ABŞ) iyulun 28-də Vyanada Minsk qrupuna daxil olan ölkələrin nümayəndələri üçün brifinq keçirmiş və bəyanat yayıblar.
Brifinqdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti, o cümlədən iyunun 17-də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda görüşü, iyulun 17-də Minsk qrupuna həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə keçirilmiş görüşü və Minsk qrupuna həmsədrlik edən ölkələrin Muskoka və Almatıdakı birgə bəyanatları barədə məlumat verilib.
Həmsədrlər vurğulamışlar ki, münaqişə tərəflərinin göstərdiyi səylər fikir ayrılıqlarını aradan qaldırmaq üçün yetərli deyildir və atəşkəsi möhkəmləndirmək və kompromis ruhu nümayiş etdirmək üçün əlavə tədbirlərə ehtiyac vardır.
Münaqişə tərəflərinin səylərini dəstəkləmək məqsədi ilə həmsədrlər sentyabrın əvvəlində regiona səfər etməyi planlaşdırırlar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50