Küveytin dövlət əmiri Azərbaycana səfər edəcək
Küveyt dövlət əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabah Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevi diplomatik missiyasının başa çatması ilə bağlı qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, görüşdə Küveyt Dövlətinin əmiri Azərbaycan prezidenti İlham Əliyevə salamlarının çatdırılmasını xahiş edib. Səfir Ş.Abdullayevə Küveyt ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı naminə göstərdiyi xidmətlərinə görə təşəkkürünü bildirib.
Salamlara görə təşəkkürünü bildirən səfir İlham Əliyevin salamını və xoş arzularını Küveyt əmirinə çatdırıb.
Şeyx Sabah Əl-Əhməd Sabah Küveytin Azərbaycan ilə əlaqələrə xüsusi önəm verdiyini qeyd edərək, böyük məmnuniyyət hissi ilə yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətində olduğunu nəzərə çatdırıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50