Azərbaycan Ziyalılar Birliyi ALP və ViP-in seçki blokuna qozulmaq barədə qərar verdi
Azərbaycan Ziyalılar Birliyi Azərbaycan Liberal Partiynın və Vətəndaş İnkişafı Partiyasının yaradacağı seçki blokuna qoşulacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə birliyin sədri Eldəniz Quliyev məlumat verib.
Onun sözlərinə görə, artıq birliyin Ali Şurası bu seçki blokuna qoşulmaqla bağlı qərar verib: ?Hesab edirik ki, seçki Ən ağır kəşfiyyat əməliyyatına bənzəyir bu əməlliyata gedəndə öz yoldaşlarının təmizliyinə, cəsarətinə inanmalısan. Biz həmin partiyaların təmizliyini, siyasi məkanda həsə, pasa batmadığını əsas götürərək belə qbir qərar vermişik. Xüsusən də Lalə Şövkətin mütərəqqi bir siyasətçi olduğunu nəzərə alaraq onlara dətsək vermək qərarına gəldik. Onu da qeyd etmək istəyirəm ki, siyasət, seçki təkcə siyasətçilərin işi deyil, burada ziyalılar da öz sözünü deməlidir. Bu baxımdan bizim d həmin bloka qoşulmağımız müsbət nəticə verəcək?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51