Partiya sədri onu da nəzərə çatdırıb ki, əksər məmurların balaları belədir:
«İcra başçısı tanıyıram ki, oğlu prokurorluqda işləyir. Gedir restoranda adam döyür, sonra da vəsiqə göstərir ki, prokurorluğun işçisidir. Ona sual verən yoxdur ki, sən kimsən belə özbaşınalıq edirsən? Həmin icra başçısı Almaniyada ermənilərlə şəkir biznes qurub. Bax, bu cür şəxslərə qarşı da tədbir görmək lazımdır. Nəyə görə bu cür adamların üzündə İlham Əliyevə zərər dəyməlidir? Bu gün bahalı maşınlar sürən, qudurğanlıq edənlər kimlərdir?
Nazirlərin, komitə sədrlərinin övladları, icra başçılarının övladlarıdır. Bu gün sabah seçkilərdir. Bu gedişlə millətdən səs ala bilməyəcəyik. Artıq xalq arasında məlumatlar yayırlar ki, ölkə idarəolunmaz səviyyəyə gəlib çatıb. Rayonlarda vəziyyət daha da krnitikləşib. Məmurlar camaatı saymır. O qədər harınlayıblar ki, camaatın arvadını əlindən alıb çoban yataqlarında saxlayırlar. Belə bir vəziyyətdə seçkiyə də getmək təhlükəlidir. Əgər məmurlar belə bir harınlıq edirərsə, camaatı narazı salırlarsa, o zaman kim bizə etimad göstərər? Təəssüf ki, prezidentin köməkçiləri real vəziyyətlə bağlı məlumat vermirlər. Amma onlar da unutmasınlar ki, biz ölkə başçısına lazımi məlumatları verəcəyik».