Qətər bölgədə təhlükəsizlik və sabitliyin bərpa olunmasına zəmin yaradan ədalətli tələblərimizi yerinə yetirməyənə qədər hazırkı embarqolarımız davam edəcək.
Mia.az Sputnik-ə istinadən xəbər verir ki, bu sözlər Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin ortaq Qətər bəyanatındandır.
"Dünən Qətərlə ABŞ arasında imzalanmış razılaşma 4 ölkənin uzun müddətdir ortaya qoyduğu mövqeyin nəticəsidir, lakin bu da kifayət etmir. Bundan sonra da Qətərin addımlarını yaxından, daha ciddi şəkildə təqib edəcəyik”, - bəyanatda bildirilir.
Qeyd edək ki, dünən ABŞ-la Qətər arasında terrorla mübarizə barədə razılaşma imzalanıb.
Bu arada isə Türkiyə Qətərdəki bazasına dünən yeni əsgəri heyət və hərbi texnika göndərib. Bu isə o deməkdir ki, ərəb ölkələrinin tələbinə baxmayaraq, Türkiyə Dohadan çıxmayacaq.
Mia.az