?Onun ürəyi? filminin çəkilizləri davam edir
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ?Salnamə? studiyası və ?AGP? prodakşının birgə ekranlaşdırdıqları ?Onun ürəyi? filminin çəkilişləri uğurla davam etdirilir.
Filmin mətbuat əlaqələndiricisi Nərmin Muradova bildirib ki, çəkiliş qrupu bu yaxınlarda İsmayıllıdan qayıtmışdır. Yeni ekran əsərinin bəzi səhnələrinin çəkilişi üçün İsmayıllını məkan seçən yaradıcı heyət iş prosesindən məmnun qalıb. Hazırda Bakıda davam edən filmin çəkilişləri avqust ayının sonunda yekunlaşacaq. Bütövlükdə, film bu ilin dekabrında tamaşaçıların ixtiyarına veriləcək.
Ssenari müəllifi və rejissoru Samir Kərimoğlu olan ?Onun ürəyi? filmi nağıl-müzikl janrındadır. 25 dəqiqəlik ekran əsəri Xeyirlə Şərin mübarizəsindən bəhs edir.
Filmin bəstəkarı Vüqar Camalzadə, operatoru Nadir Mehdiyev, qrafisti Tural Səfərovdur.
Filmdə baş rolları Murad Abdullayev (Qədran), Aysel İbrahimova (Pəri) ifa edirlər.
Artıq ?Onun ürəyi? ilə sayca dördüncü ekran əsərinə imza atan rejissor Samir Kərimoğlu indiyədək ?Sirat körpüsü?, ?Qanadlarıma sığal çək?, ?Niyyət? filmlərini ekranlaşdırıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47