bp-nin Direktorlar Şurası şirkətin Baş direktoru postuna Roberto Dadlinin namizədliyini müdafiə edib. Bu barədə Qərbin xəbər agentlikləri məlumat verib. Dadli bp-nin Amerika bölməsinin rəhbəri olub və onun Meksika körfəzindəki qəzanın nəticələrinin aradan qaldırılmasında əməyi böyükdür. Dadlinin oktyabrın 1-dən vəzifəsinə başlayacağı bildirilir. Şirkətə yeni rəhbərin təyinatı keçmiş direktor Toni Heyvordun gözlənilən istefasından sonra baş tutub. Qərb mətbuatı xəbər verir ki, T.Heyvordun TNK-bp (Tyumen Neft Kompaniyası) şirkətinin direktorlar şurasına gətiriləcəyi gözlənilir.