"Əgər Azərbaycan xalqı özü ayağa qalxıb torpaqlarını işğaldan azad etməsə, müstəqilliyini qoruya bilməyəcək, eyni zamanda, torpaqlarımız növbəti işğal təhlükəsi ilə üzləşə bilər. Biz "ağzımıza su alıb” durduqca, beynəlxalq təşkilatlar və digər xarici dövlətlər elə düşünəcəklər ki, Azərbaycan xalqı Qarabağı istəmir”.
Bunu versus.az-a erməni vandalizminə etiraz əlaməti olaraq gənclərin paytaxtın mərkəzi küçələrindən başlayaraq Şəhidlər Xiyabanına qədər olan yürüşünü müsbət qiymətləndirən MMP sədri Hafiz Hacıyev açıqlamasında deyib.
Partiya sədri bildirib ki, gənclərimiz bu cür aksiyaları ardıcıl şəkildə keçirməlidirlər:
"Millət ciddi mövqe ortaya qoymalı və Dağlıq Qarabağın bu cür status-kvoda saxlanılmasına razı olmadığını, öz torpaqlarını işğaldan azad etmək istədiyini dünyaya çatdırmalıdır”.
Partiya sədri belə hesab edir ki, Azərbaycan ictimaiyyəti belə bir mövqe ortaya qoyduğu halda, dövlət başçısının xarici diplomatiyasına dəstək vermiş olacaq:
"Bizim partiya da mitinqlərə başlamaqla bağlı öz qərarını verəcək”.