"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq aqrar sahədə istehsalın artırılması, kənd təsərrüfatı texnikasından daha səmərəli istifadə ilə bağlı görülən tədbirlər sürətləndirilməsi məqsədi ilə prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnika və avadanlıqlarının müəyyən edilmiş tələblərə uyğun vəziyyətdə saxlanılmasını təmin etmək, texniki qulluq və təmir emalatxanalarının, habelə gübrə anbarlarının tikintisinin davam etdirilməsi üçün Prezidentin ehtiyat fondundan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 5 milyon manat ayrılıb. Qeyd edək ki, ?Naxçıvan Aqrolizinq? Açıq Səhmdar Cəmiyyəti də müəyyət vəsait alacaq. Belə ki, cəmiyyətə məxsus kənd təsərrüfatı texnika və avadanlıqlarının müəyyən edilmiş tələblərə uyğun vəziyyətdə saxlanılmasını təmin etmək, texniki qulluq və təmir emalatxanalarının, habelə gübrə anbarlarının tikintisinin davam etdirilməsi üçün Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 milyon manat vəsait ayrılıb.