ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkel, Yaponiya Baş naziri Sindzo Abe və Cənubi Koreya lideri Mun Çje İnlə əla görüşlər keçirdiyini bildirib.
Tramp bu barədə rəsmi Tvitter hesabında yazıb.
O, G20 sammiti öncəsi ikitərəfli görüşlərdə siyasətin açar istiqamətlərini müzakirə edib.
Ağ Evin mətbuat xidmətinin məlumatına görə, Tramp və Angela Merkelin Hamburqda baş tutan görüşündə beynəlxalq aktual problemlər, o cümlədən Ukrayna məsələsinin həlli və münaqişənin tənzimlənməsi yollarından bəhs edilib.
ABŞ prezidenti sammit çərçivəsində rus və meksikalı həmkarları ilə də görüşlər keçirəcək/Axar.az