Bu gün Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın nəzdində Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının 3 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. BFB-dən verilən məlumata görə, sifarişlər 3 investor tərəfindən təqdim olunub. Sifarişlərin ümumi məbləği nominal üzrə 3 085 000 (faktiki 3 197 152 .09 ) manat təşkil edib. Sifarişlər 103,6354 faiz qiymətdə təqdim edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 milyon manat məbləğində müəyyən edilib. İstiqraz vərəqələrinin ödəmə tarixi 11 dekabr 2019-cu ildir.