"ATƏT-in Minsk qrupunun təsir mexanizmləri yoxdur. Birləşmiş Millətlər Təşkilatı (BMT) yeganə qurumdur ki, onun sülhə məcbur etmə siyasəti var. Amma ATƏT və digər beynəlxalq təşkilartların nizmanaməsi imkan vermir ki, onlar hansısa ölkəni sülhə məcbur etsin. Bu baxımdan məsələ doğurudan da gərgindir”.
T.Zülfüqarov qeyd edib ki, Azərbaycan tərəfi cəbhədə baş verən son hadisədən sonra Minsk qrupu ilə ciddi danışmalı, öz şərtlərini irəli sürməlidir.
"Hesab edirəm ki, Azərbaycan ATƏT-in Minsk qrupu ilə münasibətləri bir müddət dayandırmalı, Vyana görüşündən imtina etməlidir. Həmçinin cəbhə bölgəsində mülki əhalinin təhlükəsizliyi təmin edilməsə, danışıqları bərpa etmək niyyətində olmayacağını açıqlamalıdır. Şərtlərdən biri də erməni işğalçı ordusunun cəbhə xəttində indiki mövqeyindən 5-10 kilometr geriyə çəkilməsi ilə bağlı olmalıdır. Yalnız bunlar həyata keçirildikdən sonra biz görəcəyik ki, Ermənistan tərəfi danışıqlara hazırdır. Hesab edirəm ki, bu şərtləri irəli sürməliyik. Həmsədrlər də bu tələbləri təmin etməlidirlər. Fikrimcə, Azərbaycan tərəfi bunları etsə, daha məqsədəuyğun olar”.