Avropa Parlamentinin üç üzvü - fransalı Rəşidə Dati, sloveniyalı İvo Vayql və latviyalı İveta Qriqule Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat barədə mətbuata açıqlama veriblər.
Parlamentarilər Ermənistandan zorakılığı dayandırmağı və mülki şəxsləri hədəfə almamağı tələb ediblər. Parlemantarilər Ermənistandan zorakılığı dayandırmağı və mülki şəxsləri hədəfə almamağı tələb ediblər. "Günahsız insanların ölümü, qeyri-insanı akt dayandırılmalıdır. Münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmalıdır. Zorakılıq heç vaxt həll yolu ola bilməz.
ATƏT-in Minsk qrupu tərəflərdən hərbi aktları dayandırmağı tələb edir. Biz isə ATƏT-dən mülki əhalinin müdafiəsi, eləcə də Azərbaycanın ərazi bütövlüyünə riayət edilməsi istiqamətində daha konkret öhdəlik götürməsini tələb edirik.