Yeni Azərbaycan Partiyası (YAP) bu il keçiriləcək parlament seçkilərində Qərb dövlətlərinin seçki texnologiyalarından istifadə edəcək. Partiya icra katibinin müavini Siyavuş Novruzov YAP-ın rəsmi saytına bildirib ki, seçkilərə hazırlıq istiqamətində iş uğurla davam etdirilir. Azərbaycanda parlament seçkiləri öncəsi ictimai-siyasi vəziyyətin normal olduğunu söyləyən S. Novruzov dövlət tərəfindən seçkilərin azad və şəffaf keçirilməsi üçün lazımi addımların atıldığını deyib: ?Biz seçki prosesinə seçkiyə rəsmi start veriləndən deyil, ondan xeyli əvvəl başlayırıq. Yəni rəsmi start verilən zaman biz kampaniya dövründə bütün mərhələlərə hazır vəziyyətdə olacağıq. Bu da qələbəmizi şərtləndirən amillərdən biridir?.