Hakim Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə dəModern.az-aaçıqlamasında həmkarının fikri ilə razı olduğunu deyib.
"Əlbətdə ki, seçki ərəfəsində Azərbaycanda bəzi qüvvələr var ki, aranı qatmaq istəyəcəklər. Azərbaycanda hər seçki ərəfəsində xaricdəki anti-Azərbaycan mərkəzləri ölkəmizdə provakasiya törətməyə və gərginlik yaratmağa çalışırlar. Düzdür, bunun üçün Azərbaycanda sosial baza yoxdur. Ancaq pulla ələ alınan, özünü müxalifət adlandıran müəyyən qüvvələr böyük həvəslə buna gedirlər. Eyni zamanda sosial şəbəkələr vasitəsilə savadsız adamları yoldan çıxartmağa, seçki prosesini idarəolunmaz bir istiqamətə yönəltməyə çalışırlar. Ancaq hər seçkidən-seçkiyə onların cəhdlərinin əbəs yerə olduğunu, cəmiyyətin onları dəstəkləmədiyi qənaətinə gəlirlər.Bu seçki ərəfəsində də aranı qatmaq istəyənlər olacaq. Amma yenə də Azərbaycan cəmiyyəti buna layiqincə cavab verə biləcək”.