?Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsində 20 aprel 1993-cü ildən atəşkəslə bağlı razılıq əldə olunmasına baxmayaraq, erməni tərəfi dəfələrlə atəşkəsi pozaraq Azərbaycan tərəfini adekvat addımlar atmağa məcbur edib. Atəşkəsin pozulması nəticəsinə Azərbaycan tərəfi canlı insanı itkilərə məruz qalıb?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirlər Azərbaycan Demokrat Partiyası Gənclər Təşkitalının bəyanatında yer arıb. Bəyanatda bildirilir ki, 19 iyun saat 23-30 radələrində erməni tərəfi Azərbaycan Respublikasının Tət-Tər rayonundakı mövqelərini atəşə tutaraq növbəti dəfə atəşkəs rejimini pozub. Atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissənin giziri Mübariz İbrahimov şəhid olub. Mübariz İbrahimovun cəsədinin götürülməsinə erməni tərəfi imkan verməyibr. Bu isə münaqişə tərəflərinin Beynəlxalq konvensiyalarla bağlı götürdükləri öhdəliklərə tamamilə ziddir. Yaranmış vəziyyətlə əlaqədar ADP Gənclər Təşkilatı bütün xarici ölkələrin diplomatik korpuslarına müraciət edərək, Ermənistan tərəfinə təsir etməklə Mübariz İbrahimovun cəsədinin qeyri şərtsiz Azərbaycan tərəfinə verilməsi üçün bütün mövcud imkanlardan istifadə etməyə çağırır.