Aydınlar Partiysı qarşıdan gələn parlament seçkiləri ilə bağlı hazırlıq işlərini davam etdirir. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hazırda partiya bölgələrdə müşavirələr keçirir. Verilən məlumata görə, artıq partiya rəhbərliyi bir sıra rayonlarda seçki ilə bağlı müşavirələrini keçirib. Müşavirələr zamanı yerli təşkilatlara seçki hazırlıqları ilə bağlı müvaiq tapşırıqlar verilir. Partiyadan onu da bildiriblər ki, seçki ilə bağlı bölgə müşavirələri davam etdirələcək.