"Böhranın həlli üçün dialoqa getməyə hazırıq. Amma bu, yalnız təklif olunan madddələrin dəyişdirilməsindən sonra baş tuta bilər".
Bu sözləri Qətər Xarici İşlər naziri Şeyx Məhəmməd Əbdürrəhman əl-Sani deyib. O bildirib ki, Qətər hazırda təklif edilən şərtlərlə qətiyyən razı deyil/Axar.az.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Bəhreyn tərəfindən böhrana son qoyulması üçün Qətərə embarqo tətbiq edilib. Onlar barışıq üçün rəsmi Dohaya qarşı 13 şərt irəli sürüblər.
Onların Qətərə verdiyi vaxt iyulun 3-də başa çatacaq. Şərtlər arasında Türkiyə hərbi bazasının bağlanması, İranla əlaqələrin kəsilməsi, "Əlcəzirə”nin qapadılması, təzminat ödənilməsi kimi tələblər yer alıb.