Keçmiş ?Sovet musiqisi? nəşriyyatının əməkdaşları Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti, pianoçu Fərhad Bədəlbəyliyə aid olan fotosənədləri Dövlət Film Fonduna təqdim edəcəklər. Bu sənədlər hazırda Ukraynadadır. Dövlət Film Fondunun direktoru, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev bildirib ki, bununla yanaşı, fond tərəfindən görkəmli rejissorlar Həsən Seyidbəyli, Hüseyn Seyidzadə, Rasim İsmayılov, Həbib İsmayılov, Arif Babayev, Eldar Quliyev və digər sənətkarların çəkdikləri filmlərin foto-plakatları bərpa olunub.