Azərbaycan prezidenti İlham Əliyev iyulun 23-də Gürcüstanın baş naziri Nika Qilaurini qəbul edib. Görüş zamanı prezident İlham Əliyevin Gürcüstana son səfərinə toxunan baş nazir bu səfər zamanı əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində qəbul edilən qərarların önəmini vurğulayıb. O, ölkəmizə səfərinin əsas məqsədlərindən birinin həmin qərarların yerinə yetirilməsi ilə bağlı olduğunu qeyd edib. Batumidə danışıqların yekunları ilə bağlı hökumətə müvafiq tapşırıqlar verdiyini bildirən dövlət başçısı Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclaslarında bu məsələlərin həllinin reallaşacağına ümidvar olduğunu bildirib.