Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın ABŞ-ın Rusiya diplomatlarına 2016-cı ilin dekabrında tətbiq etdiyi sanksiyalara cavab tədbirləri hazırladığını bildirib.
Mia.az gazeta.ru-ya istinadən xəbər verir ki, o, bununla bağlı "Rossiya 1" telekanalına müsahibəsində qeyd edib: "Cavab tədbirləri hazırdır".
Bununla yanaşı, Zaxarova əlavə edib ki, bu məsələ yalnız Xarici İşlər Nazirliyi tərəfindən həll ediləcək.