"ABŞ Avropada hərbi mövcudluğunu genişləndirib".

Bunu NATO baş katibi Yens Stoltenberq bəyan edib.

O bildirib ki, hazırda ABŞ-ın Avropada iki deyil, üç briqadası var.

"Birləşmiş Ştatların Avropada hərbi mövcudluğunu artırması Vaşinqtonun alyans üzvlərinə yardım etmək prinsiplərinə sadiqliyini göstərir”, – deyə Y. Stoltenberq vurğulayıb/APA.