Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Ərdoğana zəng edib.
Mia.az Türkiyə mediasına istinadən bildirir ki, Putin Ərdoğanla "Türk axını" qaz kəməri layihəsinin tikintisi ətrafında müzakirə aparıb.
O, bildirib ki, gələcəkdə tərəfdaşlar istəsələr, Türkiyə ərazisindən cənubi və cənubi-şərqi Avropaya qaz ixrac edə bilərlər. .
Putin Ərdoğanla danışıqlarda ikitərəfli münasibətlər və digər layihələr haqda da geniş müzakirə aparıb.
Mia.az