Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri Rusiyaya qarşı sanksiyaları uzatmaq qərarına gəliblər.

Bu barədə Aİ-nin sədri Donald Tusk məlumat verib.

"Razılığa gəldik. Aİ Minsk sazişini kifayət qədər yerinə yetirilməməsi səbəbindən Rusiyaya qarşı iqtisadi sanksiyaları uzadacaq", – Tusk öz "Twitter" hesabında yazıb.

Məlumata əsasən, rəsmi sanksiyalar Aİ-na üzv ölkələrin liderlərinin sammiti birdikdən bir neçə gün sonra uzadıla bilər.

Qeyd edək ki, sammit iyunun 23-də bitəcək/Trend