Yunanıstan Xarici İşlər Nazirliyi dünən gecə Türkiyədə – Ayasofyada keçirilən Qədr gecəsinə təpki göstərib.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyi bunu "qəbuledilməz" olduğunu bəyan edib:
"Ayasofyada Dəyanət işləri nazirinin qatıldığı gecədə Quran oxunmasını, ibadət edilməsini və bunun dövlət televiziyasında yayımlanmasını qınayırıq. Ayasofya UNESCO-nun siyahısındadır. Oranın məscidə çevirilmə cəhdləri beynəlxalq aləmə təhqirdir və buna beynəlxalq birlik etiraz bildirməlidir".
Mia.az