ABŞ Suriyada Əsəd rejiminə dəstək verən İran istehsalı olan insansız hava təyyərəsini (PUA) vurub.
Mia.az Türkiyə mediasına istinadən bildirir ki, hadisə Suriyanın cənubundakı El Tanf bölgəsində baş verib.
ABŞ yetkilisi faktı təsdiq edib. Bildirib ki, həmin PUA ABŞ qırıcı tərəfindən vurulub: "Çünki həmin PUA bizim dəstək verdiyimiz silahlı qüvvələrə təhdid idi".
Rusiya Xarici İşlər Nazirliyi isə ABŞ-ın bu addımını sərt tənqiid edib: "Bu hadisə tamamilə qanunsuz hərəkət olub".
Mia.az