Azad Suriya Ordusuna bağlı Sultan Murad briqadasının Əl Babdakı qərargahına iclas zamanı qumbara atılıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Hadisə nəticəsində 2 komandir həyatını itirib, 12 əsgər yaralanıb. Yaralıların çoxunun vəziyyətinin ağır olduğu bildirilib.

Hadisəni İŞİD terror təşkilatının törətdiyi iddia edilir.