Elmar Məmmədyarov Azərbaycan ərazisindən tranzitlə səfər edən Rumıniyanın xarici izlər naziri ilə görüzüb
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan ərazisindən tranzitlə səfər edən Rumıniyanın xarici işlər naziri Teodor Bakonski ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlər, regiondakı proseslər, enerji, kommunikasiya layihələri və digər məsələlər müzakirə edilib.Nazirlər ölkələrimizin siyasi və iqtisadi əlaqələrinin inkişafı, enerji sahəsində əməkdaşlıq, digər bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıbblar.
Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi barədə məlumat verən nazir E.Məmmədyarov, münaqişənin yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyü vurğulayıb. Rumıniyalı qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və daim dəstəklədiyini, bundan sonra da bu mövqedə qalacağını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50