Bakıda ağır yol qəzası baş verib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iyulun 17-si saat 22:30 radələrində Mərdəkan yolunda baş verib. Məmməd Qasımovun idarə etdiyi ?Mercedes? markalı və İlqar Quliyevin idarə etdiyi ?Peugeot? markalı avtomobillər toqquşub. Nəticədə ?Mercedes? markalı avtomobilin sürücüsü M.Qasımov və sərnişini Elçin Paşayev, ?Pejo? markalı avtomobilin sərnişini Sədaqət Rəhimova hadisə yerində dünyasını dəyışıblər. İ.Quliyev və Nərminə Əliyeva, Ülviyyə Rəhimova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Qeyd edək ki, qəzada xəsarət alan Ülviyyə Rəhimova "Muğamstar" müsabiqəsinin iştirakçısıdır. Ölənlər arasında isə xanəndənin anası Sədaqət Rəhimova da var.