"Qətərlə Səudiyyə Ərəbistanı arasında konflikt Fars körfəzində müharibəyə səbəb ola bilər".

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya Xarici İşlər naziri Ziqmar Qabriyel söyləyib. O, Yaxın Şərq ölkələrinin neqativ ssenaridən qaçmalı olduğunu bildirib:

"Məsələ danışıqlar yolu ilə həll edilməlidir. Bu həftə apardığım danışıqlardan sonra mən məsələnin nə qədər ciddi olduğunu gördüm”.