Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti jurnalist Əfqan Muxtarlı ilə bağlı bəyanat verib.
Strateq.az bildirir ki, DTX Əfqan Muxtarlının tutulmasını gürcü-Azərbaycan tərəfinin xüsusi əməliyyatı olduğunu deyən Milli Məclisin YAP-dan olan deputatı Elman Nəsirovun dediklərini təkzib edib:
"Azərbaycan Milli Məclisinin deputatı Elman Nəsirovun dedikləri həqiqətə uyğun deyil. Təhlükəsizlik Xidməti qəti şəkildə deputatın bu məlumatını təkzib edir və bəyan edir ki, Əfqan Muxtarlının işi ilə bağlı məsələyə heç bir bağlılığı yoxdur”.
Gürcüstan DTX-sı bildirib ki, jurnalist Əfqan Muxtarlı ilə bağlı gürcü DİN-i cinayət işi açıb və hazırda araşdırma aparılır.