11-ci Azərbaycan-Almaniya biznes forumu izə bazlayıb
İyulun 19-da ?Park İNN-Azərbaycan? mehmanxanasında İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Alman-Azərbaycan İqtisadi Birliyinin təşkilatçılığı ilə 11-ci Azərbaycan-Almaniya biznes forumu işə başlayıb.
Tədbirdə Azərbaycan və Almaniya tərəfdən hökumət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, alternativ enerji, maliyyə, neft-qaz, maşınqayırma və digər sahələrdə fəaliyyət göstərən 50-ə yaxın iş adamı iştirak edir.
Biznes forumunun açılış mərasimində iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev, Almaniya Federativ Respublikası Federal İqtisadiyyat və Texnologiya Nazirliyinin şöbə rəhbəri Andreas Neuman və başqaları çıxış edərək, ölkələrimiz arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın perspektivləri barədə məlumat veriblər.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19