Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstana səfər edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, E.Məmmədyarov "Expo2017" Astana Beynəlxalq ixtisaslaşmış sərgisinin rəsmi açılışında iştirak etmək üçün Qazaxıstana gedib.